Ramil Cabbarov
Marketing expert

Supermarketinq.com`da 2015-ci ildə Azərbaycanın marketinq bazarında baş verən yenilikləri dəyərləndirdik.

Supermarketinq.com`da 2015-ci ildə Azərbaycanın marketinq bazarında baş verən yenilikləri dəyərləndirdik

MƏNBƏ: Supermarketinq.com

2015 – Peşəkarlar tərəfindən dəyərləndirilir. Ötən il olduğu kimi bu ildə öz işinin Peşəkarları ölkə bazarını dəyərləndirir! “Onlara görə 2015-ci ilin ən yadda qalan hadisələri nələr idi?”

2015-in İLLİK DƏYƏRLƏNDİRMƏSİ yanvar ayı boyunca yalnız Supermarketinq.comsaytında!

2015-ci ilin ən yaxşılarını dəyərləndirmək üçün  müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə eksperti Ramil Cabbarov`dur.

 

  1. rayikonYola saldığımız ildə ölkənin marketinq sektorunda baş verən hadisələri dəyərləndirərkən, ilin sonuna doğru “Yello Ad” kreativ agentliyinin “Rayikon” layihəsini xüsusi vurğulamaq lazımdır. Finladiyada ilk olaraq yaradılan emoikonlar tendensiyasını lokal bazarda icra edən agentlik, sosial mediada böyük səs-soraq yarada bildi. Hər regionun özünəxas xarakterini təsvir edən agentlik regional brendləşmə istiqamətində müsbət töhvə qatmış oldu.

 

 

bob2. Ötən il ərzində korporativ sosial məsuliyyət çərçivəsində “Bank of Baku“tərəfindən reallaşdırılan “Məhdudiyyətlərə meydan oxuyaq!” layihəsi xüsusi alqışa layiqdir. Kapital Bank tərəfindən də bənzər layihənin icrası da gözəl ənənənin yaranmasına səbəb oldu.
nar texnika3. İlin rebrendinqini “Nar” və “Texnika bank” etdi. Yeni loqo və adla çıxış edən “Nar” şirkətinin kommunikasiya cümləsindəki “Gəlin birlikdə böyüyək” ifadəsi uğurla seçilmişdir. Şirkət seqment qrupuna ünvaladığı mesajda birlikdə inkişaf etmək istəyini çatdırıb və hesab edirəm ki, kifayət qədər səmimi alınıb. Hər zaman uğursuz adlandırma olduğunu qeyd etdiyim “Bank Technique”, nəhayət ki, “Texnikabank” adına qayıtdı. Sloqan “çeynənmiş” olsa da, uğurlu rebrandinq naminə göz yummaq olar.

 

4. Azərbaycan bazarında reklam sahəsində problemlərin hələ də mövcudluğuna baxmayaraq, müəyyən irəliləyişlər var. Ötən il ən uğurlu reklam çarxı kimi “Bizim Tarla” markasının “Nar Şirəsi” məhsulu üçün təqdim etdiyi çarxı qeyd edə bilərəm. Reklam çarxında qüsurlar mövcuddur. Həddən çox söz, izləyicini mükəmmək çəkilişdən yayındırır. Reklamda sadəcə 1 cümlənin olması daha uğurlu ola bilərdi: “Bu nardır, sadəcə nar.” Sonluqda göstərilən 4 nəfərin şirə içmə kadrı isə tamamilə gərəksizdir və nə ifadə etdiyi anlaşılmır.

 

5. Ötən ilin ən uğurlu imic reklamı isə “Madeyra” mebel brendindən gəldi. Duyğusal bağları hədəf alan reklam konseptini hazırlayan “3Dost” reklam agentliyi əla nəticə ortaya çıxarıb.

Bəyəndiyim Supermarket: Megastore

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.