Ramil Cabbarov
Marketing expert

“Buzlu su” hara getdi və ya Trendlər ölürlər?

buzlu su hara getdi ve ya trendler olur

Dəyərli Oxucu!

Hər dəfə olduğu kimi Sizlərlə günümüzün aktual mövzuları barədə düşüncələrimi paylaşmaq istəyirəm. 1D274906370956-today-ice-bucket-challenge-140715-06.blocks_desktop_mediumYəqin ki, bir müddət öncə “Ice Bucket Challenge” (Buzlu su kampaniyası) adı altında sosial şəbəkələrdə tüğyan edən trend barədə xəbərdarsınız. Layihənin əsas məqsədi tam başqa cür olsa da, cəmiyyətin bunu sosial aktivite trendinə çevirməsi gözlənilən idi. Ümumiyyətlə, müşahidələr onu göstərir ki. məşhur şəxslərin etdikləri və ya geydikləri hər nə varsa, sabahın trendi ola bilər və olur. Haşiyədən kənara çıxaraq bir nümunə bildirim ki, ən dəyişkən və gündəm yaradan trend məhz modadır. Qırmızı makasındən tutmuş “Ray Ban” yazılı eynəklərin hər biri bir trenddir. Trendlər isə anidən yarandığı kimi də elə anidən unudula bilir. Hər bir trendin öz həyat tsikli mövcuddur. Məsələn, az öncə bildirdiyim “Buzlu su” kampaniyası qısamüddətli trendlər siyahısındadır. Sadə insanlardan tutmuş iri şirkətlərin bir-birilərinə meydan oxuması günümüzün ən çox müzakirə olunan mövzudu idi. “İDİ” kəliməsi hər bir trendin son nöqtəsidir. ALS xəstələri bu trenddən nə qədər mənfəət əldə etdikləri qeyri-müəyyən olsa da, hər halda cəmiyyət yay ərzində bir xeyli sərinlədi. İkinci kateqoriya trendlər isə uzunmüddətli trendlərdir. Başqa sözlə desək, cəmiyyət və ya şirkətlər tərəfindən süni şəkildə həyat dövrü uzadılan trendlərdir. Bura tekstil brendlərindən tutmuş Apple məhsullarına kimi uzun siyahı daxildir. Bəs insanlar nəyə görə trendə meyillidir? Bu sualın bir çox cavabı ola bilər. Mənim fikrimcə isə insanların trendə “qaçmaları” birbaşa olaraq Mason piramidası ilə deyil, Maslow`un ehtiyaclar hiyerarxiyası piramidası ilə bağlıdır. İnsanlar ehtiyaclar piramidasının ən üst mərtəbəsində özünü təsdiqləmiş və xoşbəxt hiss edirlər. Cəmiyyətdə baş verənlərə qoşulmaq və proseslərdən kənarda qalmamaq üçün hər bir addıma hazır olmaq insanın şüuraltı davranışına bağlıdır. Başına buzlu su tökmək və ya əlində iPhone ilə gəzmək özünü təsdiqləmiş insan aurası yaradır.

Günümüzün gözləndilən trendləri

Sadəlik

Bu istər logolar olsun, istərsə də geyim tərzi olsun fərq etməkz – günümüzün trend xətti sadəlik üzrə davam edir. Bir zamanların qarmaqarışıq rəngarəng həyat tərzini bu gün sadə və monoton rənglər yer alıb.

Fərdiləşmə

Artıq şirkətlər bazara hər hansı məhsul daxil etmək istədikləri zamanı maksimum dərəcədə hədəf qruplarını fərdiləşdirirlər. Müştəri davranışları tarix boyu görünməyən dəyişkənlik və “kapriz” nümayiş etdirir.

Sosial media trendləri

Ənənəvi marketing anlayışını tarixə qovuşduran və məşhurluğu günbəgün artan sosial medya – brend ilə müştəri arasında duyğusal bağlar yaradan ən effektiv vasitə sayılır.

Yekun: Əmin şəkildə demək olar ki, marketing nəzərində “hədəf kütlə” termini tarixə qovuşur və onun yerinə “trend” gəlir. Layihə və aksiyaları A, B, C1, C2, D ve E şəklində sosial-iqtisadi sinfiləndirməyə də “ƏLVİDA” deməyin vaxtı çatıb.

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.