Ramil Cabbarov
Marketing expert

Aqressiv marketing: Şərait var oğlanlar yoxdur!

Aqqressiv marketing

Aqressiv marketing – qısaca, bu yerli bazar iştirakçıları üçün xarakterik olmayan bir savaş növüdür.

inarticle-b-avebbjqpjiDünya bazarlarında irili xırdalı bütün şirkətlər döyüş meydanında iki cür strateji mübarizə aparır: ya hücumdasan, ya da müdafiədə. Elə dünyada olduğu kimi Azərbaycanda fəaliyyət göstərən şirkətlər də daha çox müdafiə taktikasına meyillidirlər. Necə deyərlər, “başını aşağı salıb iş görürlər”. Amma marketing`in başlıca xüsusiyyətlərindən biri məhz FƏRQLƏNMƏKDİR. Fərqli strategiya, fərqli məhsul, fərqli yanaşma, fərqli davranış və nəhayət fərqli taktika. Son zamanlar konsultasiya verdiyim şirkətlərdə hücum marketing strategiyasını tətbiq etdikdə daha az əmək sərf etməklə yüksək nəticə əldə olunduğunun şahidi oluram.

Elə döyüş meydanında olduğu kimi hücuma keçmək üçün CƏSARƏTRESURS vacibdir. Əldə yaba ilə düşmənin üzərinə getmək sadəcə cana qəsdir. Hücum strategiyaları da kifayət qədər çoxdur. Bu barədə dəyərli hocamız Jack Trout`un “Pazarlama savaşı” kitabını oxumağı tövsiyə edirəm. Mənim ən sevdiyim, tətbiqindən zövq aldığım hücum növü isə aqressiv marketinqdir. Çılğınlıqda sərhəd tanımayan bu marketinq taktikası barədə yerli bazardan nümunələr gətirməyə çalışacam.

CPQ-Beats-Competitors-to-Market1Marketinq üzrə əməkdaşlıq etdiyim şirniyyat şirkətinin birində belə bir aqressiv marketinq taktikası tətbiq etmişdim. 20 metr məsafədə olan rəqib şirniyyat mağazasının önündə dayanıb, rəqib mağazadan çıxan müştərilərə öz şirkətimizin məhsullarından ibarətə xüsusi hazırlanmış assorti hədiyyə təqdim edirdik.

Hər 5 müştəridən 2-sinin seçimini dəyişə bilmişdik.

Haşiyədən kənar: Oğrudan soruşurlar ki, nəyə görə bank soyursan? O isə cavabında: çünki pul ordadı – deyə cavab vermişdi.

Biz də rəqib mağazaya hücum edirdik, çünki bizim müştərimiz ordadır.

İndi isə keçək müşahidələrimə.

Bir neçə gün öncə “Music Gallery”nin ön pəncərəsində “Aşağı qiymət zəmanəti aksiyası” yazısını gördüm. Şirkət iddia edir ki,  əgər bizim mağazadan aldığınız malı 14 gün ərzində Azərbaycanın elektronika məhsullarının imagesatışı üzrə ixtisaslaşan hər hansı digər pərakəndə satış şəbəkəsində ucuz tapsanız, qiymət fərqinin 110 faizi məbləğində kompensasiya ödəniləcək. Adamlar iddialı, bravo! Belə cəsarətlilərə alqış düşür. Amma belə bir məqamda qarşı cəbhədə olub, savaşdan həzz almaq istəyərdim. Baku Electronics adına eyni adlı məhsulların qiymətini endirib, MG-ni bu aksiyanı düşündüyünə peşman edərdim.

Məsələn müştərilərə belə bir mesaj ötürərdim:

Rəqiblərimiz 110% kompensasiya ödəsin deyə qiymətlərimizi endirdik. Zəmanə adamı olmaq haqqınızdır!

Yeri gəlmişkən Baku Electronics`də “az aşın duzu deyil”. Sağı solu MG mağazaları olan yolun üstündə banner yerləşdirməklə, dəcəlliyini göstərmiş olub, bravo!

Безымянный

Digər mülayim aqressiv marketinq taktikasını isə Gloria Jean`s Cofees tərəfindən edilmişdi. Əslində ideyanın fəlsəfəsi Starbucks`dan gəldiyini anlamaq çətin deyil. Starbucks stəkanı (və ya fincanı) əldə şəhərdə gəzənlər özlərini təsdiqləmiş hissi yaşayırlar. Əslində bunu Starbucks yaşadır, yaşatdırmağa çalışır. Gloria Jean`s bu yanaşmanın üzərində işləyib və Instagram müsabiqəsi keçirib. Əldə həmin şirkətin qəhvəsi olan şəklini paylaşmaq bahənə, əsas rəqiblərə “qıcıq” yaratmaqdır.

20140528_144415a

Digər aqressiv marketinq nümunəsinə isə Bakı Metropoliteni və KapitalBank cobranding`ini göstərmək istərdim. Detallarını incələmədim, ona görə də şərhi sizin öhdənizə buraxıram. Metro stansiyalarında yalnız və yalnız Kapital Bank reklam posterlərini görürük. İşin məğzi nədədir “bilmirəm”, amma əsas odur ki, Kapital Bank müştərilərin ən çox olduğu strateji obyektdə rəqiblərinə heç bir şans buraxmayıb və buraxmır.

20150630_070426a 20150630_070342a

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.