Ramil Cabbarov
Marketing expert

“Bəlkə biz düz eləmirik?” – ŞOK AÇIQLAMA

belke biz duz elemirik

İyul ayının ilk günündə həmkarım Rafiq Vəliyev biznes bloger`lər arasında yeni trend başlatdı. “Bəlkə biz düz eləmirik?” sualına elə İlkin Manafov da olmaqla, özümüz cavab verməyə çalışdıq. Estafeti isə mənə dəyərli həmkarım Samir Kərimovdan gəlib və məmnuniyyətlə fikirlərimi oxuyucularımla bölüşürəm.

Müxtəlif sektorlarda marketinq fəaliyyəti ilə məşğul olduğum zaman əslində mənfi nüansları sezib, bunları aradan qaldırmağa çalışırdım. Bir müddət keçdikdən sonra starteji baxımından bir çox məsələlərin həqiqətən düz etmədiyimi aşkar görürdüm. Bəs ümumilikdə biz nəyi düz eləmirik?

1. Öyrətmirik

11013357_858825827517834_8224848091686937745_nBu sözümdə iddialıyam. Sabahın mütəxəssisini bu gün hansı səviyyədə hazırlayırıq?

Türkiyədə Hocam ilk dərsində: “4P’yi öğreten hocalardan uzak durun!” demişdi. Və haqlıydı. Nə qədər ki, təlimlərdə, seminarlarda, dərslərdə xarici brendlərdən bəhs edəcəyiksə, biz Azərbaycan bazarı üçün heç bir marketoloq yetişdirmirik.

2. Paylaşmırıq

hqdefaultMarketinqdə ən əsas məsələlərdən məhz təcrübə paylaşımıdır. Paylaşırıq? Hadi ordan! Sizin, bizim, mənim paylaşdığım səhnənin görünən tərəfidir. Bir tibb məntəqəsinin gündəlik pasient sayının 40 nəfərdən 460 nəfərə qaldırmağı sizə niyə anladım ki? Zatən, ölkədə 320-dən çox tibb mərkəzi var. Sabah işsiz qalma ehtimalım olsa belə, konsultasiya verməyə sözüm olmalıdır ya yox?!

3. Biz bazara yox, bazar bizə yön verir.

krasnyy-makasinPeter Fisk “Marketing Genius” kitabında yazır: “Bazar biznesi idarə edir, buna baxmayaraq marketoloqlar hələ də sükan arxasında deyillər. Marketinq hələ də periferik funksiya, əlavə xərc, satışa dəstək kimi qəbul edilir”. Adam haqlıdır. Bazara biz yön verməkdən, bazar bizə diqtə edir. Marketoloq olaraq gözləyirik ki, dollar nə zaman düşər, bəlkə bazarda canlanma olar. Nə zamana kimi Novruz, Yeni il, 8 mart, Sevgililər günü gözləmək olar? “Karolina Valiant”ı yayın cırhacırında, “Bakılı Qız” dondurmasını qışın oğlan çağında sata bilənə və satdırana eşq olsun! Bəs içərimizdə kimlər süni tələb yaradıb?! Bəlkə “qırmızı makasin” xaricində ciddi trendlər yarada bilmişik?! Yaratdıqlarımızın ancaq 1 mövsümlük canı olub.

4. Kor xəlifə

a_real_web_markleting_expertMarketinq bir şirkət fəaliyyətinin görünər tərəfidir. İşlərin görünən edilməsi də marketoloqun işidir. Vay o gündən ki, marketoloq “burda mənəm, mən” deyən olsun. Şirkətin uğurlarını öz ayağına yazmaqla komanda ruhunu yerin dibinə basdırmış olur.

5. Başa düşmürük

скачанные файлыƏksər hallarda “müştəri” ilə “istehlakçı” arasında fərqi görə bilmirik. Bizim məhsulu istehlak edə bilən hər kəsi müştəri görürük. Ov torumuzun ölçüsünü nəzərə almamaqla, bəli, biz düz eləmirik.

6. Biznes görüşlərin təşkili

Milli Marketinq Forumu konsepsiya baxımından uğurlu adlandırmaq olar. Amma bəzi çıxışçıların özlərini TEDx-də hiss etmələri və uğur hekayələrini danışmaları MMF brendinə zərər vurur. Forumda milli bazar şəraitində – böhran ərəfəsində marketinq fəaliyyətini təhlil edilib, çıxış yolu göstərilməlidir. Networking yaxşıdır, amma məhsuldar networking daha yaxşıdır.

Mənim deyəcəklərimin sadəcə bir qismi bu qədərdir. Blog`un başlığındakı “Şok açıqlama” və “+18” isə yerli saytlarda ən çox rast gəlinən taktikalardandır. Bax elə burda biz həqiqətən də düz eləmirik!

Estafeti marketinq üzrə ekspert Rəhman Əhmədov`a, retail sektoru üzrə marketoloq Tural Abdullayev`ə və marketoloq dostumuz Rəşad Hüseynov`a verirəm.

Hodri meydan!

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.