Ramil Cabbarov
Marketing expert

Böhran dövründə marketinq

BOHRAN DOVRUNDE MARKETİNG

Dövlət səviyyəli müzakirələrdən tutmuş, məişət mövzularına qədər gəlib çıxmış iqtisadi böhrandan, tənəzzüldən yazmaq qərarına gəldim. Təbii ki, bu yazıda nə rus rublunun məzənnədəki mənfi dinamikasından, nə də rəsmi Vaşinqton ilə Qərb dövlətlərinin Rusiyanı iqtisadi blokadaya salmasında danışacam. Mövzu bütün bazar seqmentlərini cənginə alan böhranın şirkətlərin marketinq fəaliyyətinə nə cür təsir etməsindədir. Müşahidələr onu göstərir ki, bu günə kimi baş vermiş maliyyə böhranlarından dərs çıxarmış şirkətlər bazardakı manevrlərini müəyyənləşdiriblər:

  • Məhsulun istehsal keyfiyyətinə toxunmamaq şərtilə mümkün əlavə xərcləri minimumlaşdırmaq;
  • Yeni müştəri qruplarının tədqiqini və cəlb üsullarını qeyri-müəyyən müddətə təxirə salmaq;
  • Cari müştəriləri əldə saxlamaq üçün maksimum səy göstərmək;
  • İnformasiyaverici reklamları xatırlatma reklamları ilə əvəz etmək;
  • Qiymətin əmələgəlmə mexanizmini yenidən formalaşdırmaq;
  • Müştəri yönümlü fəaliyyət planının cəld icrasını təmin etmək.

Yuxarıda sadalanan məqamlar iri şirkətlərin böhran ərəfəsindəki fəaliyyətlərinin bir qismidir. Amma kiçik və orta sahibkarlıqla məşğul olanlar isə bazar konyukturasını və müştəri davranışlarını tam müəyyən edə bilmədiyi üçün bir qədər ehtiyyatla davranmağa üstünlük verirlər. Bu məqamda sahibkarlar şirkətin təsdiqlənmiş marketinq strategiyasını müəyyən bucaq altında dəyişirlər. Marketinq gözündə böhran nədir sualına – anidən alıcılıq qabiliyyətinin azalması səbəbilə satış həcminin kəskin düşməsidir.

Kiçik şirkətlərdə verilən qərarlar isə müxtəlif cür olur. Onlardan biri böhran dövründə satış həcmini artıraraq, gəlirləri yüksəltmək istəyidir. Təcrübə onu göstərir ki, strategiyanı həyata keçirmək üçün şirkətkər məhsulun maya dəyərinin azaltmaq hesabına istehsalı artırmaq heç də həmişə müsbət nəticə vermir. Maya dəyərinin azalması keyfiyyət göstəricinə təsir edəndə müştəri dilindən “əvvələr elə yaxşı idi ki… amma indi lap zayı çıxıb” kimi cümlələri eşitmək qaçılmazdır. Bu anda bir məqam ortaya çıxır. Şirkətlər marketinq strategiyasını dəyişərkən xarici mühitdəki faktorları nəzərə alırlar, bu doğru. Lakin, unudulan bir faktor var ki, o da istehlakçıların ehtiyacları və tələbatlarıdır. Təbii ki, müştəri tələbi onun cibindəki manata görə, təklif isə şirkətin büdcəsindəki valyutaya görə müəyyən olunur. Dəyişməyən isə müştərinin hər zaman nəyin bahasına olursa-olsun öz tələbatını ödəmək əzmidir. O zaman şirkətlər nə etməli:

  • Əsas istehlakçı qruplarının tələbat dəyişkənliyini və tendensiyanı müəyyənləşdirməli
  • Rəqiblərin qiymət strategiyasını diqqətlə izləməli
  • İstehsal həcmini sabit saxlamalı
  • Aqressiv səslənsə də şirkət daim “təxliyə” planına hazır olmalı

Böhranın mənfi tərəfləri çox olmasına baxmayaraq, marketinq gedişləri baxımından üstünlükləri də var. Məsələn, böhran dalğasının gəlməsi ilə müştəri zehnində bir “ucuzlaşma” impulsu formalaşır. Bu məqamı diqqətə alan isə bir sıra xarici avtomobil şirkətləri olub. Onlar şüarı “Yaşasın! Böhran! Qiymətlər endi!” kimi reklam aksiyaları keçirirlər.

Çin dilində “Crisis” sözü  iki  heroqlifdən ibarətdir. Onlardan biri “təhlükə” , digəri isə “münasib imkan” mənasını verir.

John F. Kennedy
(İndianapolisdəki nitqindən, 12 Aprel 1959-cu il)

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.