Ramil Cabbarov
Marketing expert

Sosialmedia.az saytına müsahibəm: Devalvasiyadan sonra Azərbaycan şirkətlərinin marketinq vəziyyəti

Sosialmedia.az saytına müsahibəm

Marketinq üzrə ekspert Ramil Cabbarov-dan devalvasiyadan sonra yerli marketinqin hazırkı vəziyyəti barədə fikirlər.

 

Azərbaycan iqtisadi sistemində baş verən son hadisələr milli bazardakı iştirakçılara təsirsiz ötüşmədi. Formatından asılı olmayaraq bütün növ sahibkarlıq fəaliyyətləri intibah və dirçəliş dövründən böhran tsiklinə qədəm qoydular. İlk növbədə özəl şirkətlər ciddi risklərlə qarşı-qarşıya dayandılar. Bu konteksdə xammalı ölkə xaricindən dollar məzənnəsi ilə sövdələşmə edənlər təşvişə düşüblər.

Qeyri-şərtsiz bu cür aurada şirkətlərin marketinq fəaliyyətləri də birmənalı olaraq dəyişib. Rəqabətqabiliyyətli mühitə inteqrasiya olunan milli bazar son hadisələrdən sonra ən yaxşı halda sabitlik dövrünə qədəm qoyub. Artıq iştirakçılar aralarında rəqabət faktoru əhəmiyyətini itirmişdir. Hazırda sahibkarları düşündürən yeganə paradiqma “sağ qalmaq”dır.

Bu prinsipi özündə ehtiva etmək üçün isə bir sıra məhdudiyyətlər tətbiq olunur. Əlavə xərclərin azaldılması maliyyə islahatlarının birinci dalğasıdır. Sahibkar gözündə əlavə xərc isə marketinq büdcəsi, işçi maaşı, istehsal keyfiyyətinə sərmayədir.

Əlavə xərci rəndələyəndə isə şirkətin mikro və makro mühitində ciddi dəyişikliklər başlayır. Marketinq xərcləri azaldıqca, təbliğat və təşviqat paralel şəkildə zəifləyir. Müştəri təfəkküründə “Top of mind” mövqeyində qərarlaşan bir brend öz yerini süni şəkildə tərk edir. Nəzərə alsaq ki, Azərbaycan müştərisi digər bəzi ölkələrlə nisbətdə az loyaldır və marketinq miksin “Price”na çox meyillidir, o zaman hadisələr gözlənildiyindən daha sürətlə baş verəcəkdir.

Bəhanəsi realistik olan sahibkar işçi maaşını kəsməklə, müəssisə daxilindəki resursların, insan kapitalının faydalı iş əmsalını aşağı salır. Stimullaşdırıcı səbəblər olmadan işçini “can yandırmağa” məcbur etmək qeyri-mümkündür.

Nəhayət sonuncu kriterya isə istehsal keyfiyyətindəki dəyişiklikdir. Əslində, milli bazardakı baş verən prosesləri anlayan hər bir istehlakçı “çanağın kimin başında çatlayacağını” yaxşı dərk edir. Böhran ərəfəsində rəflərdəki məhsulların keyfiyyəti hətta dəyişməsə belə, müştəri zehnində hər şeyin keyfiyyətsizləşəcəyi qəbul edilib. Müştəri davranışlarında itiriləcək risklərin olmadığını anlayan sahibkarlar da məhsul və xidmətlər üzrə keyfiyyət göstəricilərinə yenidən baxırlar. Ən yaxşı halda cüzi dəyişiklik ilə işləri kompensasiya edirlər. Ən pis halda isə istehsal xammalını başqa təchizatçıların köməyi ilə əvəzedicilərlə dəyişirlər. Porterin 5 gücü prinsipindəki “Əvəzedicilərin gücü” rəqabətqabiliyyətli mühitdə öz hegemonluğu bərpa edir.

Proseslərin nə zamana qədər davam edəcəyi isə müəmmalı şəkildə qalır. Şirkətlərin gərgin bazar şərtlərinə nə qədər tab gətirəcəyi isə bilinmir. Proseslərə ən yaxşı dəstək isə milli bazara dövlət dəstəyinin təmini ola bilər.

 

Mənbə: SOSIALMEDIA.AZ

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.