Ramil Cabbarov
Marketing expert

IKEA`nın marketing taktikaları – Türkiyədə gördüklərim

IKEA`nın marketing taktikaları – Türkiyədə gördüklərim

555 копия копия

DƏYƏRLİ OXUCU!

Oxumaqda olduğunuz bu yazı dünyanın ən iri şirkətlərindən biri olan IKEA barədədir. Şirkətin strategiyası barədə çoxlu sayda kitablar yazılıb. Mən də Sizin kimi bu kitabları oxudum və böyük marağıma səbəb oldu. Türkiyədə olduğum ərəfədə IKEA`ya baş çəkdim. Kitabda oxuduqca heyrətləndiyim hər ideyanın burda necə tətbiq edildiyini gördükdə isə insanların həqiqətən işlərini necə qüsursuz təşkil etdiklərini anladım. Orda olduğum müddətdə bir sıra məsul şəxslərlə görüşdüm, konsultantlar ilə fikir mübadiləsi apardım. İndi isə Sizə həmin məlumatları çatdırıram. Keçək mətləbə…

Qiymət sonra dizayn

IKEA`da hər bir məhsul hazırlanmamışdan öncə qiymət müəyyən olunur. Ümumiyyətlə, IKEA üçün qiymət hər bir nüansdan öndədir. Hər bir şey ən az gəlirli istehlakçının cibinə uyğun olmalıdır. Məsələn, əgər şirkət yeni bir divan hazırlamaq istəyirsə, dizayn tərtib olunmamışdan öncə onun qiyməti müəyyən edilir. Məhz qiymətləndirmədən sonra proseslərə yaradıcı heyət cəlb olunur.

“İsveç səfirliyi” – IKEA

20130825_130631 копия копия

Mağazaya daxil olduğunuz andan etibarən hər yerdə İsveçə aid işarətlərə rast gəlirsiniz. Kataloqlar, məhsulların üzərindəki annotasiya, kafedəki menu və digər hər şey məhz isveç dilindədir. Maraqlısı budur ki, hətta İsveçin dövlət bayramlarında dünya üzrə bütün IKEA mağazalarında endirimlər olur. 

ikeaistanbul

“Aynada kendine bakmak, çocuğun kendini algılama bilinçini güçlendirir”

Labirint şəklində quruluş

БезымянныйMağazaların labirint şəklində qurulduğunu yəqin hər kəs bilir. Mağazaya daxil olarkən sizin yalnız bir yolunuz var. Məhz IKEA`nın müəyyən etdiyi yolla siz bir-bir bütün şöbələri keçərək çıxa bilirsiniz.

 

Vaxtınızı burda keçirin

IKEA mağazalarının hər birində bir mənalı olaraq ana-uşaq otağı və uşaq əyləncə guşəsi mövcuddur. Bu haqda məlumat araşdırarkən məlum oldu ki, şirkətin belə məkanları yaratmaqda məqsəd potensial alıcı, yəni valideynlərin uşaqları barədə narahatçılığını aradan qaldırmaq və mağazada daha çox vaxt keçirməsinə şərait yaratmaqdır.

Qiymət siyasəti

case-study-image-c-ikea-izmirIKEA`nın qiyməti siyasəti demək olar ki, dəyişilməzdir. Daha dəqiq orta səviyyədən aşağı təbəqəyə ithaf edən bir qiymət strategiyası aparılır. Bunun üçün şirkət bir sıra gedişlər edir. Məsələn bunlardan biri mağazaların şəhərkənarında yerləşməsi. Bununla şirkət icarə haqqını minimum həddə saxlayaraq, bu xərcin məhsul üzərindəki təsirini azaldır. Haşiyədən kənar: Şirkətin nümayəndələri və menecerlər bahalı maşın ala bilməz və təyyarədə biznes-klass`da səyahət edə bilməzlər.

Təchizatçılar üçün dəmir qaydalar

Taxta istehsalı ilə məşğul olan hər bir təchizatçı üçün IKEA əla şirkətdir. Birmənalı olaraq zəmanətli satış deməkdir. Amma IKEA tenderini qazanmaq heç də hər kəs üçün asan deyil. IKEA müştərilərə nə qədər mülayim olsa da, təchizatçılara qarşı hədsiz sərtdır. IKEA`nın keyfiyyət və ekoloji standartlarına cavab verən məhsul hazırlamaq olduqca ağır zəhmət tələb edir. Bəzi məlumatlara görə tenderdə qalib olan şirkətlər IKEA`nın keyfiyyət və ekoloji standart tələbini ödəmək üçün ən azı 2 il zərərlə çalışır.

Təbiətin dostu

Şirkətin istehlakçıya ötürdüyü ən vacib mesajlardan biri məhz ekoloji amildir. Hər mebel məhsulunun yanında məhz ekoloji istehsalı sübut edən bir neçə jurnal görə bilərsiniz. Bu da təbiətsevər müştərilərin mebel alarkən daxilində “vicdanım təmizdir” deyə bilmələrini təmin edir.

Alıcılar üçün sərhədsiz sərbəstlik

233Mağazaya daxil olan hər kəs sərbəstdir. Ağlınızda keçən hər şeyi etməkdə tam azadsınız. Hətta, rahat bir divan tapıb üzərində uzanıb yata da bilərsiniz. Şirkətin qanunlarına əsasən, heç kəs sizi yataqdan oyatmağa ixtiyarı yoxdur. Maket şəklində hazırlanmış otaqlardakı əşyaların yerini dəyişdirməkdə də sərbəstsiniz. Ağlınızdakı dizaynı tərtib etmək üçün IKEA sizə tam şərait yaradır. 

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.