Ramil Cabbarov
Marketing expert

Haqqımda

Cabbarov Ramil Şahin oğlu

1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Masis rayonunda anadan olub.

2005-ci ildə Bakı şəhəri, Nəsimi Rzayev adına 169 saylı orta mətkəbi bitirib.
2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının  (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.
2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.

Türkiyənin  Boğaziçi Universiteti, Sabancı Universiteti, Özyeğin Universiteti, Okan Universiteti və Bahçeşehir Universitetlərində müxtəlif zamanlarda marketinq, marketinq araşdırmaları ve idarəetmə, brend menecment, reklam, PR, şəxsi inkişaf, stress idarəetməsi, sahibkarlıq (start up) üzrə kurs və konfranslarda iştirak edib. University of Pennsylvania, Columbia University, University of Virgina, University of California, Irvine, The University of British Columbi,a University of East Anglia, University of Leeds, Cornell University, Duke University, Ludwig-Maximilians-Universität München tərəfindən təşkil edilən marketinq üzrə online kurslarda iştirak edib.

2016-cı ildə Türkiyənin nüfuzlu Sakarya Universitetinin  “Eğitim Araştırma ve Uygulama” Mərkəzi tərəfindən təşkil edilən “Satış və Marketinqin idarəedilməsi” Sertifikat programını uğurla tamamlayaraq, “Uzmanlık” statusu qazanıb.

2008-ci ildən etibarən avtomobil, səhiyyə, tədris, qida və qeyri-qida sektorları üzrə 8 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb. Hazırda ölkənin 5 qabaqcıl klinikasına tibbi marketinq xidməti göstərən şirkətin Marketinq direkorudur. Həmçinin, IB Club`da fəaliyyət göstərən “4M Academy” Manage Mentor programında vaxtın idarə edilməsi, stress menecment, kreativ düşüncə, kritik yanaşma, problem həll etmə və qərar vermə təlimlərini tədris edir.
2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.

2014-cü ildən etibarən Azərbaycan Dövlət iqtisad Universitetinin Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışır.
2015-ci ildən Azərbaycan Dövlət iqtisad Universitetinin “Marketinq” kafedrasının müəllimidir.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “”Radio UNEC” online radiosunda həftəlik yayımlanan “Vizyon” verilişinin aparıcısıdır.
2015-ci ildən etibarən, Azərbaycan Dövlət İqtisad Universitetinin “Keyfiyyət elçisi”dir.

2015-ci ildə dərc edilən “Bu günün marketinqi bu günün yazarlarından” kitabında 4 məqaləsi yer alıb. Azərbaycanda nəşr edilən “The Business Times” həftəlik qəzetində köşə yazıları dərc edilir. Müxtəlif mənbələrdə strateji marketinq, brend menecment, istehlakçı davranışları, reklamçılıq və digər mövzularda məqaləsi dərc edilmişdir.

Bu günə qədər marketinq mövzusunda  200-ə qədər təlim keçib.

Amerika Marketinq Assosiyası, Beynəlxalq Sosial Marketinq Asossasiyası, Biznes Marketinq Asossasiyası, Direct Marketinq Asossasiyasının üzvüdür.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

 

Əlaqə:

Mob: (+994 55) 742 10 22

İş otağı: Əsas tədris binası, otaq 203 İctimaiyyətlə Əlaqələr Şöbəsi

email: ramil.cabbarov@gmail.com
r.jabbarov@unec.edu.az
facebook.com/ramil.jabbarov

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.