Ramil Cabbarov
Marketing expert

Toyuq ətirli dırnaq boyası – KFC`nin Hong Kong fiaskosu?

kfc

Uzun zaman fasiləsindən sonra yenidən Sizlərlə, yeni dizayn edilmiş blogumuzda görüşürük. Keçən zaman çərçivəsində bir çox təcrübə topladıq, proseslərə yeni baxış tərzimizi təkmilləşdirdik. Bundan sonra Sizinlə daha çox məlumat paylaşacam və gördüklərimi, təhlillərimi ixtiyarınıza buraxacam.
Keçək mətləbə.

Mayın 6-da dünyanın ən öndə gələn fast-food şəbəkəsi Kentucky Fried Chicken (KFC) yeni bir məhsulunu Hong Kong bazarına təqdim etdi. Müştəri olaraq, sorğu keçirsək və KFC sizcə yeni nə çıxara bilər soruşsaq, böyük əksəriyyət qida ilə bağlı cavablar vermiş olarıq. Amma KFC bu dəfə çoxumuzu təəccübləndirdi, marketing camiasını şoka salmış oldu.

33E0A3A300000578-3575868-image-a-65_146248327334733E0A1B700000578-3575868-image-a-63_1462483255361

Yeni məhsul isə “Yeyilə bilən, toyuq ətirli dırnaq boyası”dır.

Nəzərimcə, KFC bu addımı ilə fast-food sahəsində yeni trend yaratmaq, Seth Godin`in “Bənövşəyi inəyi” olmaq niyyəti güdür. Bəs buna maneə nədir?

Marka tarixlərində buna bənzər bir neçə təcrübə vardır. Məsələn, dünyaca məşhur qadır dərgisi Cosmopolitan 1999-cu ildə uğursuz bir qərar alaraq, yoqurt bazarına girdi. ABŞ bazarı və müştəriləri isə Cosmoploitan ilə yoqurtu bir beyində asossasiya edə bilmədiklərinə görə bazardan uzaqlaşdırdılar.

brandfail02

Qayıdaq KFC məsələsinə.

KFC-nin bu qədər uğursuz yeni məhsul siyasətinə bir də bu məhsula çəkilən reklam çarxı əlavə edildi. Çəkilən hər bir reklam çarxı yayımlanacağı topluma özəl olaraq tərtib edilməsi reklamçılığın əsas təməlidir. Amma Hong Kong toplumu bu səviyyədə reklam konsepti hazırlamaq, ən azından Colonel Sandersin qurduğu brendin dəyərinə hörmətsizlikdir. Reklamda məhsulla bağlı heç bir əlaqə, dəxlisiz süjet xətti gördüm. Siz də görmək istəyirsinizsə, buyurun:

 

Tədris zamanı xüsusilə toxunduğumuz Brand extension (marka genişləndirmə) bu məsələdə qətiyyən özünə bəraət qazandıra bilməz. Məsələn, BMW – avtomobil ehtiyyat hissələri, Hilton – sabun, Dell – webcamera, Cillit Bang – toz dəsmalı istehsal edərsə (əgər edirsə) uğur gətirə bilər. Amma beyinlərdə qida sektorunun lideri kimi mövqeylənən marka qeyri-qida istehsal edərsə, bax bu fiasko olar.

Məshulun tərkibi ideyası da şoka salan məqamlardandır. Dırnaq boyası çəkmək özünə diqqət, gedilən məkanda eleqant və dəbə uyğunlaşan təsəvvürü yaratmaq niyyəti güdür. Bir də düşünün ki, KFC`nin toyuq ətri verən dırnaq boyası ilə dəbdəbəli bir mərasimə qatılmısınız. Bəli, məncə də düşünmək belə utanc vericidir.

33E0A1C800000578-3575868-image-m-71_1462483313117  33E0A1BC00000578-3575868-image-a-83_1462483465082

Məsələyə sosial şəbəkələrdən də reaksiya özünü gecikdirmədi. İstifadəçinin paylaşdığı: KFC necə toyuq ətirli dırnaq boyası hazırlayır ki, onlar hələ toyuq ətirli toyuq hazırlaya bilmirlər?

33E1802300000578-3575868-image-m-77_1462483391696

 

Sonda isə yazıma Snickers`in reklam çarxı məsələyə öz nöqtəsini qoysun.

Sən doğurdan da inandın ki, Snickers ətir buraxmağa başlayıb. Sən deyəsən acmısan, dayanma Snickers`lə!

 

 

 

 

 

 

 

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.