Ramil Cabbarov
Marketing expert

Marka dünyasında dəyişən rollar

markalar deyisen rollar

Marketinq sahəsində olub marka dünyasından kənarda qalmaq mümkünsüzdür. Marka memarları olan marketoloqlar isə bu yolda iki istiqamətə ayrılır: biznesi inkişaf etdirənlər və marka idarəedənlər.

Qısaca təhlil edək.

Biznesi inkişaf etdirən marketoloqlar

Qlobal və lokal bazarlarda say çoxluğu ilə biznesi inkişaf etdirən marketoloqlar üstünlük təşkil edir. Fikrimcə buna əsas səbəb Marketing şöbəsinin sahibkar tərəfindən tənzimlənməsi və işə müdaxiləsidir. Təəssüf ki, əksər sahibkarlar marketinq fəaliyyətini cüzi anlamaqdadırlar. Marketinqə satış gözü ilə baxaraq, bütün növ marketinq fəaliyyətlərinin ən qısa zamanda nəticə verməsini istəyirlər. Məhz ani nəticə gözləntiləri marka idarəetməsi ilə antonimdir. Markaya yatırılan davamlı sərmayə uzun illər ala bilər. Nəticəsi də qısamüddətli deyil, uzun zaman fasiləsindən sonra alına bilər. Bu da sahibkar nəzərində riskli sərmayə və ya geri qayıtmayan investisiya kimi dəyərləndirilir.

Marka idarəedən marketoloqlar

Burda vəziyyət “ağlamalı”dır. Milli bazarda brand manager`lər nə işlər gördüklərini nəzərdən keçirmək vəziyyətin nə qədər kritik olduğunu göstərir. Yerli brand manager`lər merchandising, PR, çap işləri, SMM, satış kimi işinə aid olmayan işlərlə məşğul ilur. Dünya şirkətlərində Marketing Departamentlnin “key person”u olan marka idarəçiləri marketing büdcəsində həm pay, həm də söz sahibidir. Marka yoxdursa, bazarın acımasız savaş meydanında hər an ölümlə üz-üzəsiniz.

Marka nəyə lazımdır?

Marka – dəyərdir. Həm şirkət, həm müştəri üçün duyğusal bağdır. Markalar ya DİKTATOR, ya  DOST olurlar. Diktator markalar müştərinin yanında deyil, müştərinin qarşısındadırlar. Dostlar isə müştərini düşünür, duyğusal bağ yaradır.

Diktotator markalar

IphoneCoventGarden“Apple” buna ən gözəl nümunədir. Steve Jobs “Nə istədiyini bilmək, müştərinin işi deyil” deyərək inqilabçı olduğunu sübut etdi. iPhone-nun yeni versiyanın satışına 20 gün qala New York küçələrində kamplar quran, gecə-gündüz sırada gözləyən müştərilər Hitlerin nasistlərinə bənzəmir? Bir marka öz itəatkarların bir dəyərdən daha artığını çatdırıb.

Dost markalar

Bu gün markaların əsas strategiyası bu istiqamətdir. Müştərinin yanında olmaq, dost olmaq, nə istədiyini anlayaraq məhz tələbə uyğun istehsal formalaşdırmaq bu gün üçün spesifikdir.

Problemlər və çıxış yolları

Əsas problem kimi şirkətlərin marka yönümlü deyil, məhsul yönümlü olmasıdır. Problemi qabardan ikinci məsələ isə şirkətin istehlakçı ilə müştəri arasında fərqi görə bilməməsidir. Hər birimiz paltar geyinirik. Amma hər birimiz ZARA müştərisi deyilik. Digər əsas problem isə Azərbaycan müştərisinin davranış xarakteristikasıdır. Marketing`in 4P-sinin “Price” kateqoriyası bizim üçün hər şeydən vacibdir. Qiymət siyasəti marka, məhsul, biznes siyasətinin önünə keçir.

Çıxış yolu kimi Azərbaycan müştərisinə bir markanın nələr vəd etdiyini sübut etməkdir. Marka çətin anlarında heç bir halda yalan danışmamalı, hər nə olursa-olsun vizyonuna və missiyasına sadiq qalmalıdır. Şirkətlər məhsul strategiyasından marka strategiyasına keçid etməlidir.

Yazının davamı olacaq…

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.