Ramil Cabbarov
Marketing expert

“DAYAN, NEW YORK POLİSİ!” – “Sosial Media”da əks effekt

dayan nyu yor polisi

Dəyərli oxucu! Bu dəfəki yazımda sosial media ilə bağlı bir sıra məqamları Sizlərlə paylaşacam. Günümüzdə sosial medianın gücü hər kəsə bəllidir. Bu istər Misir inqilabı olsun, istərsə də “Start-up”ları iri holdinglərə çəvirən olsun – istənilən halda sosial media güclü qüvvədir.

Bu işin ekspertləri nə qədər sosial media belə gözəldir, bunu bu cür etdikdə daha yüksək nəticə əldə etmək olar deyərək gözümüzdə böyütsələrdə əslində fərqli mənzərənin olması da qaçılmazdır.

“Sosial Media – İnsanı vəzir də edər, rəzil də!” deyimi bu məqamda tam yerinə düşmüş olur. Sosial medianın müsbət nəticələri haqqında xeyli nümunələr bilirik və eşidirik. Amma bu dəfə Sizlərə müsbət nəticəyə hədəflənmiş amma tam əks effekt alan real case ilə tanış edəcəm. Bu “case”də vəzir olmaq istəyən, amma rəzil olan New York Police Department (bundan sonra NYPD) tərəfindən başladılan bir kampaniya haqqında danışacam.

Belə ki, Polis Departamenti cəmiyyətdə şəhər polisinə qarşı müsbət yanaşmanı üzə çıxarmaq və qabartmaq üçün sosial medyada #myNYPD (Mənim Polisim) “hashtag”ı ilə aksiya başladır. Və NYPD onu rəzil edəcək əks effekti heç ağlına da gətirmirdi. Mövzudan kənar: Sosial mediada bir çox halların şahidi olmuşuq.

Coca-cola kimi müsbət qarşılanan taktikalar da olub, AzSığorta kimi mənfi qarşılanan da. Bəziləri isə inqilabi fikirlər ilə sosial mediaya yeni çağı da başlatdı. Mənfi hallar isə digərləri üçün bir nümunə olmalıdır. Özünə güvənmək yaxşı haldır, amma güvənəcəyiniz faktorlar bəzən sizi təəccübləndirə bilər. Qayıdaq mövzuya: #myNYPD kimi bütün şirkətlərin sosial mediadan və bu sektorun gurularından tək istəkləri var: daha çox təsir dairəsi.

Əgər bu nəticə əldə olunmursa, o zaman aksiyalarınız fiasko olur. Milli bazarda bir çox (əksər) brendlər və onların sahibləri mövcud potensiallarının bir üst səviyyəsindəki kimi davranır və qərarlar verirlər. Keyfiyyət göstərici 6 olan (şərti) bir marka, sosial mediadan 10 səviyyəli maraq gözləyir. Dolayısı ilə 10+ səviyyəli qazanc və 10+ səviyyəli loyal müştəri bazası yaratmaq istəyir.

Əlqərəz, bir markanın dəyərini onun sahibi deyil, ona dəyər qatanlar müəyyənləşdirir. Eyni hal New York Polisinin başına gəldi. Dövlət qurumu kimi cəmiyyətin onları sevdiyini düşünən idarə, Twitter üzərində başlatdığı kampaniyada sosial şəbəkələrdə amerikalılar polis ilə birlikdə çəkildikləri xoşbəxt fotoların paylaşacaqlarını güman edirdi. Nəticə isə tam əksi oldu. “Hashtag”ın yayılma sürəti gözləntiləri üstələdi.

Artıq hər kəs bu “hastag”dan xəbərdar idi və əlində-ovcunda olan bütün fotolarını şəbəkədə paylaşmağa başladı. Amma ən önəmli nöqtə elə burda baş verdi. Belə ki, insanlar “NYPD”nin təxmin etdiyi kimi “mənim sevimli polisim” kontekstli şəkillər deyil, tam əksinə “şiddət göstərən vəhşi polisim” tipli fotolar yayımladılar. Xüsusilə “Occupy Wall Street” iğtişaşında çəkilmiş fotolar sosial şəbəkəni bürüdü. Nəticəyə gəldikdə isə #myNYPD hashtagı ilə 75.000-dən çox foto və statuslar paylaşıldı.

Xülasə: İstər “Sosial Media”da olsun, istər digər vasitələrdə – reklamın yaxşısı və ya pisi olmaz. İstənilən halda NYPD istədiyi təsir dairəsini çata bildi, amma mesajını polis idarəsi deyil, cəmiyyət formalaşdırdı.

Yazıya dəyərli fikirlərini qatan Prof. Dr. B.Turnaya dərin təşəkkürlər.

2(12)

1(12)

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.