Ramil Cabbarov
Marketing expert

PANTOMİMarketing©

pantomimarketing

Bu dəfəki yazımda Sizlərlə bir sıra bənzətmələrlə dolu PANTOMİMarketing© haqqında fikirlərimi bölüşəcəm. Uzun illərdir ki, Pantomima Teatrının sadiq tamaşaçılarındanam. Bəzi aktyorların səslərindən duyduğum diksamfort, məni məhz səssiz teatrla tanış olmağıma sövq etdi. Fikrimcə, bu teatrda səhnəyə qoyulan dərin təfəkkürlü əsərlər hər tamaşaçının idrakına görə deyil. Burda aktyorların yüksək peşəkarlığı da xüsusi qeyd edilməli məqamlardandır. “Bəs Marketinqin Pantomima ilə nə əlaqəsi?” sualı yaranır. O zaman keçək mətləbə…

 – Pantomimi sözsüz  anlayan tamaşaçı  – Müştərisini sözsüz anlayan Marketing

 Tamaşa zamanı jestləri tamamlayan səslər xaric heç bir söz işlədilmir. Bu şəraitdə tamaşaçını səhnəyə bağlamaq nə qədər çətdirdir, elə deyilmi? Bəs şirkətlər öz müştərilərini sözsüz (təklif, şikayət, təndiq) şəkildə məhsullarına, daha geniş kontekstdə Bazara bağlaya bilirlər mi?! Əfsus ki, bu çox çətindir. Şirkət-Müştəri əlaqəsinin qırılmasında əsas məqam – peşəkar olmayan yanaşmadır. Pantomima aktyoru öz tamaşaçısının görmək istədiyini, onun təfəkkürünün anlayacağı dərəcədə əsər hazırlayır. Lakin, şirkət, məhsulu istehlakçı bazarına daxil edərkən müştəri tələbini diqqətə almaması, nəticə etibarilə ən yaxşı halda kiçik-kiçik qruplarda müştərilər olur.

 – Pantomima niş bazardır

 Öncə qeyd etdiyim ki, pantomim teatrı hər tamaşaçının “bəh-bəh” ilə əldə popkorn izləyəcəyi teatrlardan deyil. Onların öz tamaşaçı kütləsi vardır. Bu, bazarda niş bazar tapmaqla eynidir. Əgər məhsulunuz yalnız müəyyən qrupa ithaf edirsə, o zaman satış xəttini genişləndirmək riskli addım ola bilər. Pantomim tamaşaçısı özünü digər teatr tamaşaşılarından necə ki fərqli sayırsa, niş bazar sahibi də öz müştərisində o fərqi və qayğını hiss etdirməlidir.

 – Sadəlik bir trenddir!

 İstehsala yönəlik dövrdə informasiya axını minimum həddə idi. Lakin, dövr dəyişdi və istehlakçıya yönəlmiş sənaye formalaşdı. Bu zaman istehlakçıya məhsul/xidmət satmaq üçün marketing mesajları yarandı. Almaniya alimlərinin hesablamalarına görə şəhər sakini gün ərzində ortalama 10.000 satış mesajı eşidir və görür. Bu qədər mürəkkəbliyin içində insan şüuru da tam əksinə formalaşmağa başlayıb. Şərqin “Feng Şui” fəlsəfəsinin gündəmdən düşməməsinə səbəb isə insanların minimalizmə üz tutmasıdır. Başqa sözlə desək, sadəlik bir trend olub. Bu istər rəflərdəki düzülüşdə olsun, istər sə də qablaşdırmada. Ölkəmizdəki billboard reklamlarına nəzər salmısnız? 9 kvadratlıq sahədə “ensiklopedik” məlumat toplusu!

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.