Ramil Cabbarov
Marketing expert

Real-time marketinq: “Qaramanlı” vs. Tofiq Çerpanov

Real time marketing Qaramanali cerpanov

Dəyərli Oxucu!

Hər dəfə olduğu kimi yerli bazarda rastlaşdığım bir sıra marketinq hadisələri barədə fikrimi Sizinlə bölüşəcəm. Əslində bu yazı təhlildən daha çox tənqid olacaq. Bir çoxlarınız Gürcüstan azərbaycanlısı olan Tofiq Çerpanovun “Marneuli TV”-ə məşhur müsahibəsini izləmisiniz. Bir daha nəzər salaq:

Tofiqin səmimi və şivəli danışığı bütün cəmiyyətdə xoş qarşılandı. Eyni bir hadisə “Kanal S”də də yaşanmışdı.

İndi isə keçək mətləbə…

Müsahibədən uzun zaman keçməsinə baxmayaraq, öz aktuallığın qoruyurdu. Soz zamanların reklamlarda nəzərə çarpan mövqeylənməsinə sahib olan şirkətlərdən olan “Qaramanlı” ayaqqabı şirkəti real-time marketing üsulundan istifadə edərək, istehlakçıların diqqətini cəlb etməyi planlaşdırıb. Şirkətin gündəmdə olan mövzuları izləməsi və öz mesajını mövzuya uyğunlaşdıraraq hədəfinə çatdırmağa çalışması doğru strategiyadır. Bu konteksdə iki məqam çeviklik və yaradıcılıq prioritet daşıyır. Məsələni təhlil etməzdən onu qeyd edim ki, animasiyalı reklam çarxının hazırlanması “Sea picture`s movie&video Production”a məxsus olsa da, nəticə etibarilə son tənqid nöqtəsi Qaramanlıdır.

Müəlliflik aspekti

Dünyada real-time marketing misalında yüzlərlə marketinq fəaliyyəti mövcuddur. Yerli və ya xarici bazar olmasından asılı olmayaraq, tendensiyanı yaradan şəxs, həmin trendin sahibidir. Başqa sözlə desək, yaradılan trend Tofiqin əqli mülkiyyətidir. Bu misalımızda isə Qaramanlı şirkəti Tofiqin trendini qeyri-qanuni istifadə edib.

Sübut:

Bundan sonra Qaramanlı`nın brend kimi hər hansı zərər görəcəyini düşünmürəm. Heç Tofiq də məhkəməyə müraciət edən deyil. Amma biznes etikanın gözlənməsi vacib, trend müəllifinin haqqının tapdanması isə bəyənilməz haldır.  Bu məqamlara diqqət ayrılmazsa, sektorda xaos öz sözünü deyəcək. Bax o zaman çanaq yenə istehlakçının başında “çatlayacaq”.

Sitat:

“Gələrdilər ma deyərdilər… niyə demiyiflər?!”

Tofiq Çerpanov

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.