Ramil Cabbarov
Marketing expert

“Sizin Saat”: cəfəngiyyat fonunda kommersiya marağı

sizin saat

Dəyərli Oxucu!

Hər dəfə olduğu kimi bu dəfəki yazımda da gündəm mövzuları barədə fikirlərimi Sizinlə bölüşəcəm. Marketing icmasına aid biri kimi son günlər Без имени-1 копияsosial şəbəkələrdə “Sizin Saat” verlişinin efirə getməyən buraxılışı barədə formalaşan fikirlərdən narahatlıq duydum və düşüncələrimi sizlərə çatdırmaq istəyirəm.

Ümumiyyətlə həm yerli, həm də xarici TV məkanında yayımlanan verlişlərdə bu tip müzakirələrin təşkili geniş yayılıb. Bu tip`ə nələr daxildir:

– cəmiyyətdə ən çox müzakirəyə səbəb olan hadisə və ya şəxsin aidiyyatı olmayan, qeyri-informativ şəxslər tərəfindən müzakirə edilməsi;

– Mövzu üzrə mütəxəssis rəyi almaq üçün dəvət olunmuş qonağa “ağız açmağa” imkan verməmək;

– yanlış hədəfə ittiham yağdıraraq cəmiyyətin müəyyən qismində rəğbət qazanmaq;

– konseptual həllin tapılmasına yol verməmək, maksimum dərəcədə müzakirəni açıq saxlamaq.

Bu cür gedişatlar milli tv məkanında çox geniş istifadə edilir. Azərbaycan tamaşaçısı isə hələ ki, bu cür verlişlərə daha çox maraq bəsləyir.

İndi isə verliş barədə…

1. Bütün dünyada mason, illimunat və ya 300 komitet kimi mövzulara qeyri-ciddi yanaşılır. Məhz buna istinad etmək, mövzuya tam hakim ola bilməməyi ehtiva edir. İnsanlarda qorxu, vəhşət, sirli qüvvələr tərəfindən idarəolunma hissini gücləndirərək, mövzunu mücərrədləşdirmək cılız taktikadır. Marketinq iqtisadi prosesləri motivasiya edir. İstehlakçıda satınalma prosesini sürətləndirə bilər, amma bunun üçün komitetin dəstəyi lazım deyil. Marketinqi dünyanı idarəedən kimi göstərmək, Marketing 3.0`dakı “dəyər” faktorunu ucuza almaq deməkdir.

2.  Bu gün TV-lərdə yayımlanan bütün verlişlər tamaşaçı tələbatının aynasıdır. Bir daha təkrar edirəm:  tamaşaçı tələbatının aynasıdır. Tamaşaçının tələbi sonsuzdur. Tələb qarşılanmaya bilər. Amma reallaşan hər bir tv layihə tələbatın ödənilməsi deməkdir. Milli tv məkanında tüğyan edən “reality show”lar biz baxdığımız üçün mövcuddur. Bir vaxtlar bir sıra verlişlər olub ki, TV bazarına rəqib layihələr daxil oldu, izləyicilər tərəfindən maraq azaldığı üçün fəaliyyətini dayandırdı. Biz baxmırıqsa bağlanır, baxırıqsa var olur. İstisnalar mövcuddur.

3. TV verlişlərlə bağlı aparılan sorğularda hər zaman bir məqam diqqətimi çəkir. Respondentlər “Bizim kanallara baxmıram, çünki maraqsızdır” kəliməsini qətiyyən qəbul etmirəm. Əgər bir kanala baxmırsansa, onun haqda necə rəy vermək olar? Əgər baxılmırsa, TV-lərdə yeni layihələr nə səbəbə yaranır?! Bir zamanlar “Dahilərin Divanı” verlişi var idi. Çox da bəyənirdim. O verlişlə bağlı bir tənqid söylənilmişdi: “Dahiləri müzakirə etmək üçün dahi olmaq lazımdır”.  Məhz bu cür ictimai şüur formalaşıb deyə, “gəlin toy gecəsi qoşulub qaçdı” mövzulu verlişlərə baxmaq məcburiyyətindəyik.

4. Aparıcının (bu şəxsdə nə aparıcı, nə də müğənni kriteriyaları görmürəm) “reytinq vermək” yanaşması tamamilə səhvdir. Reytinq hesablayan qurumların verdiyi hesabatlar fərdi şirkətlərin reklam strategiyasını hazırlamaq üçün təklif olunan yardımçı vəsaitdir. Mən illər boyu əldə etdiyim TV reytinqlərində ciddi nöqsan görmədim. Görə də bilmərəm. Çünki, qurum səhv dəyərləndirmə apararsa, o zaman şirkətin reklam strategiyası səmərə verməyəcək. Nəticə etibarilə qeyri-peşəkar mühit formalaşacaq. Reytinqin hansı şərtlərlə hazırlandığını isə Rəhim müəllim Hüseynov aşkar izah edib.

5. Xarici şirkət məhsulların Azərbaycan reklam olunmasına mənfi yanaşma isə əsl böhran nöqtəsidir. Tamam, qəbul edirəm ki, “Made in Azerbaijan” məhsullarına xüsusi marağımız və qayğımız olmalıdır. Amma xarici şirkət məhsullarına əks-hücum etmək qlobal bazar qaydalarına meydan oxumaqdır. Bu isə nağıldır.

Xülasə: Bu cür gündəm mövzularının müzakirə edilməsi yaxşı haldır. Amma bunun iqtisadi biliyi olmayan, ümumiyyətlə, mövzudan xəbərsiz biri tərəfindən şou halına salınması isə fiaskodur.

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.