Ramil Cabbarov
Marketing expert

“Thomson Reuters” şirkətinin təlimləri yekunlaşıb

14668500233397738496_1000x669

14668500233397738496_1000x669Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Thomson Reuters” şirkətinin ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasının təlimləri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADİU-da təşkil olunub. Təlimlərdə “Thomson Reuters”in nümayəndələri iştirakçılara “Web of Science” platformasından istifadə qaydalarını öyrədib. Təlimdə UNEC ilə yanaşı, Milli Aviasiya Akademiyası, “ADA” Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.

“Thomson Reuters”in elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu, əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. O, proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, “Web of Science” proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Web of Science” platformasından istifadə universitetdə aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.

İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.

Ramil Cabbarov
Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur.

Ramil Cabbarov

Marketinq üzrə ekspert

ramil.cabbarov@gmail.com

+994 55 742 10 22

2008-ci ildə marketing ilə tanış oldu. O gün bu gündür ki, düşdüyü sahədən çıxmadı.